Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib

10-08-2020, 10:40           
Oğuzda 3 tondan artıq narkotik vasitə məhv edilib
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş–xaş 2020”
əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş
əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisindəki əkin
sahəsində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata
görə, ümumi çəkisi 3180 kiloqram olan 2650 ədəd çətənə kolu polis əməkdaşları
tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.