Qubada polis gücləndirilmiş iş rejimində xidmət aparıb

14-08-2020, 15:21           
Qubada polis gücləndirilmiş iş rejimində xidmət aparıb
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən ölkənin bir çox bölgələrində yerləşən təhsil müəssisələrində qəbul imtahanları keçirilib. Şimal bölgəsi üzrə Quba rayonunda da dörd məktəb binasında imtahanların keçirilməsi baş tutub.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, keçirilən imtahanla əlaqədar Quba Rayon Polis Şöbəsinin əməkdaşları təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə gücləndirilmiş iş rejimində xidmət aparıblar. Həmin yerlərdə sosial izolyasiya qaydalarına riayət olunmasına və ərazidə təhlükəsizliyin təmin edilməsinə şöbə əməkdaşları tərəfindən ciddi nəzarət olunub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.