“İsa” adlı iranlı narkotacirdən onlayn yolla külli miqdarda heroin alan Mingəçevir sakini tutulub

20-03-2023, 15:12           
 “İsa” adlı iranlı narkotacirdən onlayn yolla külli miqdarda heroin alan Mingəçevir sakini tutulub
Mingəçevir Şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları
tərəfindən həyata keçirilən əməliyyat zamanı şəhər ərazisində müxtəlif növ
narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan daha bir şəxs tutularaq istintaqa cəlb
edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan TEREF.AZ-a
verilən məlumata görə, polisə daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən
tədbir zamanı şəhər sakini, keçmiş məhkum Tural Mahmudov saxlanılıb. Onun
üzərindən 1 kiloqram 300 qramdan artıq heroin, yaşadığı ünvandan isə 1 kiloqram
808 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. T.Mahmudov
ifadəsində narkotik vasitəni “Whatsapp” sosial şəbəkəsi vasitəsilə əlaqə yaratdığı
“İsa” adlı İran vətəndaşından aldığını bildirib. Belə ki,həmin iranlı narkotacir
tərəfindən qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotiki götürmək üçün
paytaxta gedən H.Əsgərov Hövsan qəsəbəsində ona deyilən ərazidən bağlamanı
götürdükdən sonra Mingəçevir şəhərinə qayıdıb. Burada isə polis əməkdaşları
tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.