Nura Suri: "xalqın sevgisini qazanan, insanların qəlbinə yol tapan sənətkarlar, məşhurlar sistemə qarşı çıxdıqda, onların aqibəti adətən eyni olur."

Bu gün, 11:11           
Nura Suri: "xalqın sevgisini qazanan, insanların qəlbinə yol tapan sənətkarlar, məşhurlar sistemə qarşı çıxdıqda, onların aqibəti adətən eyni olur."
50–60-cı illərdə gözəlliyi ilə dünyaya tanınan rusiyalı model Regina Zbarskaya KQB-nin silahına, daha sonra isə qurbanına çevrilərək faciəvi şəkildə vəfat edib. Hətta onun haqqında serial da çəkilib. Regina bir insanın necə KQB tərəfindən həm məşhurlaşdırılıb, həm də məhv edildiyinin bariz nümunəsidir (sübutudur).
Bunu məşhur müğənni Nura Suri deyir. Daha sonra Nura xanım fikrini şərh edərək deyir:
İndi isə Alla Puqaçovaya qarşı aparılan propaqanda mənə məhz Reginanın hekayəsini xatırlatdı və bunu sizinlə bölüşmək istədim.
Sistemə qarşı çıxan məşhurların taleyi, sanki, əvvəlcədən yazılıb: əvvəl onları gözdən salırlar, hörmətdən salırlar, ardınca maddi sıxıntılarla üz-üzə qoyurlar və nəhayət, tamamilə unudulmaları üçün bütün güclərini səfərbər edirlər.
Michael Jackson kimi bir dahini gözdən salmaq üçün onu pedofillikdə ittiham etməkdən belə çəkinmədilər.
Bu gün isə eyni ssenari Alla Puqaçovaya tədbiq edilir — rusiyalı məşhurlar sosial şəbəkələrdə, televiziya kanallarında və saytlarında ona qarşı ağlasığmaz ittihamlar irəli sürürlər.
Əslində, bu, təkcə Rusiyada deyil, dünyanın hər yerində istifadə edilir: xalqın sevgisini qazanan, insanların qəlbinə yol tapan sənətkarlar, məşhurlar sistemə qarşı çıxdıqda, onların aqibəti adətən eyni olur.
Daha ətraflı yazmaq istərdim, amma düşünürəm ki, siz özünüz araşdırsanız və hər şeyin niyə, necə baş verdiyini anlasanız, daha yaxşı olar.
Mənim yazdıqlarım birmənalı qəbul olunmur, təəssüf ki, bəziləri oxuduğunu anlamır. Anlayanlar isə nə demək istədiyimi onsuz da dərhal başa düşürlər.
Нура Сури
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru