İŞİD və Taliban bir-birinə savaş elan etdi

21-04-2015, 00:51           
İŞİD və Taliban bir-birinə savaş elan etdi
İŞİD və Taliban qarşılıqlı olaraq bir-birənə savaş elan edib.

Avropa.info xəbər verir ki, bu barədə Əfqanıstan rəsmiləri açıqlama veriblər. Əfqanıstan rəsmilərindən biri deyib ki, bu barədə olan məktublar ölkənin xüsusi xidmət orqanları tərəfindən ələ keçirilib.

"The Oslo Times" qəzeti isə iki qruplaşma arasındakı qarşıdurmanın, IŞİD lideri Əbubəkr Bağdadinin Talibanın qurucusu Molla Məhəmməd Ömər üçün "nə mənəvi, nə də siyasi etimadı haqq etməyən, axmaq və cahil bir komandir" ifadəsini işlətməsindən sonra başladığını yazıb.

Buna cavab olaraq Taliban lideri, heç bir üzvünün IŞİD-ə qatılmayacağını və bu qruplaşmanın Əfqanıstan torpaqlarında olmayacağını söyləmişdi.

Qeyd edək ki, ölkənin şərqindəki Cəlilabad şəhərində, şənbə günü keçirilən və 33 nəfərin həyatını itirdiyi partlayışın məsuliyyətini IŞİD üzərinə götürərkən, Taliban bunu pisləmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.