ABŞ İŞİD-i bəhanə etdi: Kürdlər Fərata doğru irəliləyir

16-12-2018, 10:37           
ABŞ İŞİD-i bəhanə etdi: Kürdlər Fərata doğru irəliləyir
Demokratik Suriya Qüvvələri Suriyanın Deyr əz-Zor bölgəsindəki Hacin şəhərinin mərkəzinə doğru irəliləyib.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın İŞİD-ə qarşı koalisiyasının sözçüsü Şon Rayan deyib. O bildirib ki, Demokratik Suriya Qüvvələri Fəratın orta hissəsinə doğru uğurla irəliləyir:

“DSQ Hacinin mərkəzinə və ətrafına doğru irəliləməkdədir. İŞİD əvvəlki kimi təhlükəli vəziyyət yaradır. Demokratik Suriya Qüvvələrinin irəliləməsinin qarşısını almaq üçün yenidən qruplaşırlar və bunu yavaşlandırmaq üçün əl üsulu ilə hazırlanmış bombalardan istifadə edirlər”.

Rayan İŞİD terrorçularının bölgədə son günlərini yaşadığını bildirərək, mübarizənin tamamlanmadığını söyləyib.

Qeyd edək ki, Türkiyə ordusu Fəratın şərqində hərbi əməliyyata hazırlaşır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.