Gürcüstanda seçkilər başa çatıb

19-05-2019, 21:17           
Gürcüstanda seçkilər başa çatıb
Gürcüstanda keçirilən növbədənkənar və aralıq seçkilər üzrə səsvermə başa çatıb.

Teref.az "report"a istinadla xəbər verir ki, saat 20:00-da səsvermə keçirilən 410 məntəqə bağlanıb.

Səsvermə ilə bağlı ilkin nəticələrin günün sonuna qədər elan olunacağı gözlənilir.

Qeyd edək ki, bugünkü seçkilərdə Saqareco, Axmeta, Adigeni, Ozurqeti, Çiatura, Tkibuli, Tsxaltubo və Zestafoni rayonlarının yerli məşvərət orqanlarına deputatlar, Marneuli, Zuqdidi, Çiatura, Xulo, Zestafoni rayonlarına isə icra başçılarının seçilməsi üzrə səsvermə keçirilib. Aralıq seçkilərdə isə Tbilisinin Mtatsminda rayonunun seçiciləri parlamentə majoritar deputat seçiblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.