Marneulidə mer seçkilərində qarşıdurma - Yeniləndi

19-05-2019, 21:26           
Marneulidə mer seçkilərində qarşıdurma - Yeniləndi
Bu gün Marneulidə keçirilən mer seçkilərində qarşıdurma yaranıb.

ONA-nın məlumatına görə, hadisə 5 saylı ictimai məktəbdə yerləşən 85 saylı seçki məntəqəsində baş verib.

Qarşıdurma Vahid Milli Hərəkat Partiyasının müşahidəçisi və seçki komissiyasının sədri arasında yaşanıb.

Qeyd edək ki, azərbaycanlıların çoxluq təşkil etdiyi Marneulidə keçirilən növbədənkənar mer seçkilərində 15 namizəd iştirak edir. Həmin namizədlərdən 14-ü müxtəlif siyasi partiyaların nümayəndəsi, 1-i isə müstəqil namizəddir.

Namizədlərdən 4-ü azərbaycanlıdır. Bunlar Avropalı Gürcüstan Partiyasından Əhməd İmamquliyev, Vahid Milli Hərəkat - Birləşmiş Müxalifət Partiyasından Aqil Mustafayev, Gürcü Arzusu Partiyasından Zaur Darğallı və müstəqil namizəd Əli Bədirlidir.

Seçki öncəsi sorğulara əsasən ən yüksək reytinq azərbaycanlı namizədlərə məxsusdur.

***

Marneulidə müxalifət nümayəndələrinə seçki məntəqələrində baş verən qanun pozuntularını qeydə almağa imkan vermirlər.

Report xəbər verir ki, bunu Vahid Milli Hərəkat Partiyasının nümayəndəsi Tamar Metreveli jurnalistlərə bildirib.

O, Marneuli rayonunda yerləşən 2 saylı seçki məntəqəsindən çıxarılıb.

T.Metrevelinin sözlərinə görə, seçki məntəqəsində çox sayda qanun pozuntuları baş verib:

“Gün ərzində məntəqədə baş verən pozuntuları qeydə almağıma imkan vermədilər”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.