Rusiya müdafiə naziri AÇIQLADI - Gəmidəki yanğının SƏBƏBİ

4-07-2019, 20:42           
Rusiya müdafiə naziri AÇIQLADI - Gəmidəki yanğının SƏBƏBİ
Rusiya donanmasına məxsus sualtı gəmidə baş verən yanğının səbəbi açıqlanıb.

Redaktor.az xarici KİV-ə istinadla bildirir ki, baş vermiş hadisəylə bağlı Rusiyanın müdafiə naziri Sergey Şoyqu açıqlama verib. Bildirib ki, hadisənin baş verəməsinə səbəb gəminin akkumulyator hissəsində çıxan yanğın olub. Daha sonra isə yanğın genişlənib.

Müdafiə naziri 14 dənizçinin həyatını itirdiyi qəzanın detallarını Rusiya prezidenti Vladimir Putinə bildirib. O, gəminin təmirinin mümkün olduğunu, lakin bu müddətin nə qədər davam edəcəyinin bilinmədiyini qeyd edib.

Xatırladaq ki, hadisə iyulun 1-i Severamorsk şəhəri sahillərində Rusiyaya məxsus sularda baş verib. Yanğın nəticəsində 14 dənizçi həyatını itirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.