Britaniya misli görünməyən silahın istehsalına başladı

13-07-2019, 07:32           
Britaniya misli görünməyən silahın istehsalına başladı
Böyük Britaniya Müdafiə Nazirliyi düşmənin raket, təyyarə, kompüter və elektron şəbəkələrini məhv edə bilən yeni nəsil silahın tədqiqinə 130 milyon funt-sterlinq investisiya qoyacaq. Yerli hərbçilərin fikrincə, elektriklə və sursatsız işləyən lazer və radiotezlik silahı Britaniya hərbçilərinə gələcəkdə döyüş meydanında üstünlük qazandıra bilər.

Teleqraf.com “ICTnews”a istinadən xəbər verir ki, hökumət artıq dron və digər uçuş aparatlarını vura bilən “Dragonfire” dəniz lazer silahı üçün 30 milyon funt-sterlinq xərcləyib. Bu sistemin nümayişi 2019-cu ilin sonuna planlaşdırılır.

Bundan başqa, sənaye və alimlər qarşısında gəmi, vertolyot və zirehli texnikada quraşdırılacaq tuşlanan enerji silahının üç yeni növünün yaradılması vəzifəsi qoyulub.

Lazer sistemlərindən düşmən pilotsuz uçan aparat və raketlərinin məhvi, radiotezlik silahından isə kompüter və elektronikanın sıradan çıxarılması üçün istifadə nəzərdə tutulur.

Yeni sistemlərin effektivliyinin, eləcə də mövcud dəniz, hava və quru platformalarında quraşdırılması imkanlarının müəyyənləşdirilməsi məqsədilə onların 2023-cü ildə donanma gəmiləri və hərbi avtomobillər üzərində sınaqlarının keçiriləcəyi gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.