Boltonsuz ABŞ: Türkiyəyə qarşı siyasət dəyişəcəkmi?

13-09-2019, 08:13           
Boltonsuz ABŞ: Türkiyəyə qarşı siyasət dəyişəcəkmi?
ABŞ Türkiyənin fikrini yayındırmaqla məşğuldur. Menbiçdəki ssenari təkrarlanır.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin ABŞ-dakı keçmiş səfiri Faruk Loğoğlu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun istefaya göndərilməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Ankara və Dəməşq arasında ana kanal açılmalıdır:

“Trampın Boltonu vəzifədən çıxartması sadəcə özünü rahatlamaq məqsədi güdür. Böyük ehtimal ki, Bolton Ağ Ev və Trampın ətrafındakı şəxslər tərəfindən sevilmirdi. Asan insan deyildi. Onunla işləməyin çətin olduğu düşünülürdü. İstər Boltonla, istərsə də Boltonsuz təhlükəsiz bölgə məsələsində ABŞ Türkiyənin fikrini yayındırmağa çalışır. Təhlükəsiz bölgə Türkiyə və ABŞ arasında problem olaraq qalacaqdır”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.