Gürcüstanda etiraz dalğası böyüyür

21-09-2019, 00:02           
Gürcüstanda etiraz dalğası böyüyür
Gürcüstan parlamenti qarşısında keçirilən mitinqin miqyası genişlənib.

Teref.az xəbər verir ki, mitinq keçirilən ərazidə etirazçıların sayının artması səbəbi ilə Rustaveli prospektinin bir hissəsində avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

Müxalif “Vahid Milli Hərəkat” partiyasının təşkilatçılığı ilə keçirilən mitinqə “Avropalı Gürcüstan” partiyası da qoşulub. Mitinqdə “Ayıbdır” və “Birlikdə bir nəfərə qarşı” şüarları səsləndirilir. İştirakçılar “Gürcü Arzusu” partiyasının sədri Bidzina İvanişvilinin qaydalarının sona çatmalı olduğunu və hər kəsin bu ideya ətrafında birləşməli olduğunu deyirlər./APA/












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.