Nobel ətrafında müsəlman gərginliyi – İsveçli jurnalistdən şok addım

11-12-2019, 10:56           
Nobel ətrafında müsəlman gərginliyi – İsveçli jurnalistdən şok addım
İsveçin paytaxtı Stokholmda Bosniya soyqırımını inkar edən avstriyalı yazıçı Peter Hankeyə Nobel Ədəbiyyat mükafatı verilməsinə sərt reaksiya göstərən isveçli jurnalist Kristina Doktar Nobel medalından imtina edib.

Teleqraf.com xəbər verir ki, məşhur jurnalist bu medalı 1988-ci ildə BMT həkimlərinə yardım etdiyi üçün alıb.

Bosniya və Hersoqovinada baş verən soyqırımı inkar edən və serbiyalı diktator Slobodan Miloşeviçə pərəstişkarlığını dilə gətirən Hankeyə Nobel mükafatının verilməsi İsveç və dünyanın digər ölkələrində etirazla qarşılanıb.

Jurnalist Kristina Doktar da etirazlarla qoşulanlar arasındadır. O bu mükafatın müsəlman soyqırımını inkar edən yazıçıya verilməsinə belə münasibət sərgiləyib: “İsveç Akademiyası ilə qürur duyrudum, amma indi buna görə utanıram, özümü günahkar hiss edirəm”.

Bosniya soyqırımının törədildiyi dönəmdə orada olduğunu bildirən Doktar qeyd edib: “27 il əvvəl orada soyqırımın şahidi oldum. Nobel Ədəbiyyat mükafatının Bosniya və Hersoqovinada baş verən soyqırımı inkar edən Peter Hankeyə verilməsinə görə Nobel medalını geri qaytaracağam”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.