Senat Trampa qarşı ittihamları müzakirəyə çıxardı

17-01-2020, 00:08           
Senat Trampa qarşı ittihamları müzakirəyə çıxardı
ABŞ Senatı prezident Donald Trampın impiçmenti proseduru çərçivəsində ittihamların müzakirəsinə başlayıb.

Teleqraf.com xəbər verir ki, Nümayəndələr Palatasının üzvləri Tramp əleyhinə ittiham maddəsini senatorlara təqdim edəcəklər.

Bundan başqa senatorların məhkəmə iclasçıları rolunu oynayacağı Senatda işə baxacaq Ali Məhkəmənin başçısı da and içəcək.

Xatırladaq ki, Nümayəndələr Palatası çərşənbə günü Trampın impiçmenti haqqında işin Senata göndərilməsinə səs verib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.