“Beyrut partlayışında ermənilərin “əl”i var” – ŞƏRH

5-08-2020, 18:49           
“Beyrut partlayışında ermənilərin “əl”i var” – ŞƏRH
“Məqsəd müsəlmanlara qarşı əks təbliğatlar aparmaqdır”

Dünən Livanın paytaxtı Beyrutda partlayış baş verib. Partlayış Beyrut limanındakı pirotexniki vasitələr anbarında qeydə alınıb. Hadisə nəticəsində 100 nəfərin öldüyü, xeyli insanın yaralandığı bildirilir. Əhalisinin əksəriyyəti müsəlmanlardanibarət olan Livan dövləti iqtisadi geriliklə çətin problemlər yaşayarkən partlayış böyük zərbə oldu.

Türkiyə Livan xalqına dəstək olduğunu bildirib. Erməni terror təşkilatı kimi tanınan”ASALA” qrupu Livanda baş verən partlayışın özlərinə qarşı təxribat xarakteri daşıdığını vurğulayıblar. Partlayışda ölənlər arasında erməni əsilli, “Xristian -Kətaib” partiyasının baş katibi Nazar Nacaryan vda var.

Baş verənləri “Sherg.az”a dəyərləndirən politoloq Elman Vəliyev bildirib ki, bu “insanlar” - ermənilər yalandan müsəlmanların onlara qarşı guya qeyri-humanist davranışlarını yaymağa başlayıblar:

“Qondarma erməni soyqrımı, “yalançı Sumqayıt qırğını” kimi məsələlərdə də müsəlmanlara qarşı mənfi rəy yaratmağa çalışırdılar. İordaniya, Livan kimi müsəlman dövlət hakimiyyəti də Ermənistana yardım edir.

Amma bu yardım ermənipərəst qüvvələr tərəfindən olub. Yəni hakimiyyətlərdəki xainlərə görə xalqı günahlandırmaq da olmaz. Partlayışın qəsdən edilməsi də şübhə doğurmur.

Livan ərazisində yaraqlı qruplar arasında qarşıdurmalar mövcuddur. Partlayışda bu qrupların əlinin olduğunu da söyləmək olar. Fikrimcə, bu hadisədə ermənilərin “əl”i var.

Məqsəd müsəlmanlara qarşı əks təbliğatlar aparmaqdır. Lakin partlayışın İsrail tərəfindən törədildiyi də bildirilir. İsrail isə baş verənlərlə əlaqəsi olmadığını deyib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.