Ermənistanın yalan və doğruları

25-10-2020, 16:20           
Ermənistanın yalan və doğruları
Ermənistan səlahiyyətlilərini müzakirə etmək və tənqid etmək erməni mediasına qadağan olunub.

Ermənistanın “Hraparak” nəşri yazır ki, yalnız onlara heyran olmağa və tərifləməyə icazə verilib.

“Lakin, təəssüflər olsun, bizim vicdamız və mənəviyyatımız da buna imkan vermir. Və bu gərgin, taleyüklü günlərdə dağ sünbülündən, ağac və çiçəkdən danışmağa məcburuq. “Danışmaq zamanı deyil, biz indi hər zamankından daha çox birləşmiş olmalıyıq” deyərək ya cəmiyyət susur, ya da bizi susdurur.

Qarşı deyilik, işə yarayacaqsa və ölkəmizi bu ağır vəziyyətdən çıxaracaqsa, şeytanın belə ətrafında birləşə bilərik. Hətta axmaqlığı və xəyanətkar qərarları alqışlaya, savadsızlıq və cəhalətin təntənəsinə heyran ola bilərik. Lakin məgər bu, vəziyyətin həllinə kömək edəcək? Əgər indi mən Xarici İşlər nazirimizin diplomatik bacarıqları, yaxud danışıq aparmaqla bağlı böyük qabiliyyəti ilə məşğul olsam və ya Baş nazirin son “canlı yayım”ını tərifləsəm və bunun ən mənalı qərar olduğunu, könüllü dəstələrin yaradılmasının bizə qələbə gətirən parlaq həll olduğunu bildirsəm, buna kim inanacaq?

Və ya “Nəhayət Ermənistan və Qarabağın (qondarma qurum –red.) keçmiş rəhbərləri “əsrlik” düşmənçiliyi aradan qaldırdılar və bir masa ətrafında toplaşdılar” deyə sevinc misraları yazsam, bundan nəsə bir şey dəyişir? Bir şey aydındır, vəziyyət ciddidir və saxtakarlıq edən, aldadan, onsuz da çaşqınlıq içərisində olan xalqı azdıran, bu günlərdə onun başının altına yumşaq yastıq qoyan insanların hamısı, məhz onlar millətin xainləridir, acını və oyandırıcı həqiqəti millətə çatdıranlar yox.

Aydındır ki, realist və məlumatlı cəmiyyət öz hökuməti və ordusu üçün əsl dayaq ola, bütün qüvvələri səfərbər edə və yalan şüarlarla onu yanlış qərarlara sürükləməyə bilər”, - deyə nəşrdə dərc olunan məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.