"Bu proqram Rusiyaya qarşı yönəlməyib" - Malena Mard

6-05-2015, 15:36           
"Bu proqram Rusiyaya qarşı yönəlməyib" - Malena Mard
«Avropa Birliyi Riqadakı sammitdə birgə bəyannamə imzalamağa ümid edir və əlbəttə, Azərbaycan da, digər «Şərq tərəfdaşlığı» ölkələri kimi, bu bəyannamənin hissəsi olacaq».

Bu barədə AB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard mayın 6-da keçirilən mətbuat konfransında bildirib.

M.Mard deyib: «Biz həmçinin ümid edirik ki, bəyannamə bütün ölkələrin hökumətləri tərəfindən imzalanacaq. Bu nöqteyi-nəzərdən Azərbaycan üçün də vacib ola biləcək və «Şərq tərəfdaşlığı» siyasətinin sonrakı yolunu müəyyənləşdirməyə kömək edən bəyannamədən çox şey gözləyirik».

«Şərq tərəfdaşlığı» proqramı və Rusiya ilə qarşılıqlı əlaqələr haqqında isə M.Mard bildirib ki, bu proqram Rusiyaya qarşı yönəlməyib.

«Şərq tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir: Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Ukrayna və Belarus.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.