Putindən İranla bağlı- Fərman

13-04-2015, 22:36           

Rusiya prezidenti Vladimir Putin İranla bağlı fərman imzalayıb.


“Qafqazinfo” radikal.com-a istinadən xəbər verir ki, S-300 zenit-raket sistemlərinin İrana satışına qoyulan qadağa ləğv olunub.

Fərmana görə, Rusiya torpaqlarından (hava sahəsi daxil) İran İslam Respublikasına raketlərin transit daşınmasına qoyulmuş qadağa ləğv olunur.

Qeyd edək ki, 2007-ci ildə Rusiya və İran arasında 800 milyon dollar dəyərində S-300 zenit-raket sistemləri barədə müqavilə imzalanmış, keçmiş prezident Dmitry Medvedev 2010-cu ildə bu müqaviləni ləğv etmişdi. Bu səbəbdən İran 4 milyard tələbi ilə məhkəməyə müraciət etmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.