Qərb Rusiyanı çökdürməyə qərarlıdır - Daha 6 ölkə sanksiyalara qoşuldu

30-07-2015, 22:47           
Qərb Rusiyanı çökdürməyə qərarlıdır - Daha 6 ölkə sanksiyalara qoşuldu
Albaniya, İslandiya, Lixteyşteyn, Monteneqro, Norveqiya və Ukrayna Rusiyaya qarşı sanksiyalara qoşulublar.

Avropa Birliyi iyunun 22-də Rusiyaya qarşı sanksiyaları gələn il yanvarın 31-dək uzadıb.

Söhbət əsasən Rusiyanın maliyyə,energetika və hərbi-sənaye sektorlarından gedir.

Qeyd edək ki, Albaniya ilə Monteneqro Avropa Birliyinə üzvlüyə namizəddirlər.

Amma digər namizədlər Serbiya ilə Makedoniya Rusiyaya qarşı sanksiyalara qoşulmayıblar.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.