Elmar Vəliyevdən yazan baş redaktorun məhkəməsi başladı

8-05-2019, 21:41           
Elmar Vəliyevdən yazan baş redaktorun məhkəməsi başladı
Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə "Criminal.az” saytının baş redaktoru Anar Məmmədovun şikayətinə baxılıb.
“Yeni Sabah” xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsin vəkili Elçin Sadıqov 3 şahidin yenidən dindirilməsi barəsində vəsatət qaldırıb.

Vəkil vəsatətini saytda xəbərləri oxuyub həyacan keçirən Məlahət Məmmədova və Samirə Canıyevanın birinci instansiya məhkəməsində verdikləri ifadələrin məhkəmə-iclas protokolunda saxtalaşdırılması və təhrif edilməsi ilə əsaslandırıb.

Vəkil bundan başqa əlavə şahid qismində dindirilmiş ekspert Əliyev Bəxtiyar Əbdülrəhman oğlunun ali təhsil alması barədə diplomunun Təhsil Nazirliyindən istənilməsini xahiş edib.

"Çünki Bəxtiyar Əliyev cinayət işində politoloji rəy verdiyi halda heç bir politoloji ixtisası yoxdur, bu baxımdan onun rəy verməsi qanunla qadağandır”, - vəkil deyib.

Elçin Sadıqov məhkəmədə bildirib ki, birinci instansiya məhkəməsi 10 aprel qərarı ilə iclas protokollarına qeydləri təmin etməyib və buna heç bir əsas göstərməyib.

"Qanuna əsasən protokollara qeydlər təmin edilmədiyi halda belə məhkəmə həmin qeydlərin işə daxil edilməsi barədə qərar qəbul etməlidir. Lakin belə bir qərar qəbul edilməyib. Məhkəmə apelyasiya araşdırmasına istintaq yolu ilə baxsın”.

Məhkəmə vəsatətləri təmin etməyib. Proses mayın 22-nə qədər təxirə salınıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.