BDU Tarix fakültəsi Arxeologiya və etnoqrafiya kafedrasının müdürü dosent Kərəm Hətəmoğlu Məmmədli seçilmişdir

15-06-2019, 00:03           
BDU Tarix fakültəsi Arxeologiya və etnoqrafiya kafedrasının müdürü dosent Kərəm Hətəmoğlu Məmmədli  seçilmişdir
Teref.az yazır ki, BDU Tarix fakültəsi Arxeologiya və etnoqrafiya kafedrasının yeni müdiri seçilmişdir. Kafedraya müdir isə DİM Tarix seminarının sədri, Müstəqil Azərbaycanın ilk antropoloqu, t.ü.f.d, dosent Kərəm Hətəmoğlu Məmmədli müəllim təyin olunmuşdur. Kərəm müəllimi bu vəzifə münasibətilə təbrik edirik.
Azərbaycan tarixinin obyektiv öyrənilməsində həmin kafedranın rolu çox böyükdür. Bildiyimiz kimi müxtəlif vaxtlarda görkəmli alimlər M.Hüseynov, H.Həvilov kafedraya rəhbərlik etmişdir. İnanırıq ki, Kərəm müəllim bu ənənəni layiqincə davam etdirəcək. Onu da deyək ki, Kərəm müəllim Səfəvilər və Məmləkəti-Məhrusi Əfşaran imperiyalarının tarixini tədqiq edən ən mükəmməl alimdir. Eyni zamanda Antropologiya sahəsində də uğurlara imza atmışdır. Belə ki Azərbaycan dilində Antropologiya elminə həsr olunmuş ilk kitabın "Antropologiyanın əsasları" (Bakı-2006) kitabının müəllifidir. Azərbaycan türklərinin antropoloji quruluşunun öyrənilməsində böyük rolu olmuşdur. O, elmi faktlarla sübut etmişdir ki, Azərbaycan türkləri bölgəyə gəlmə deyil, buranın yerli (hətta avtoxtan) xalqıdır. Həmçinin, Antropologiya elmi Azərbaycan türklərinin Cənubi Qafqaz və Ön Asiyada yerli (avtoxtan) xalq olduğunu sübut edən ilk elmdir. Kərəm müəllim antropoloji ədəbiyyata bir neçə terminlər də gətirmişdir. Onun əldə etdiyi uğurlardan qardaş TÜRK dövlətlərində də istifadə edilir. Elmi məqalələri rus və başqa dillərdə çap olunur.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.