Prezident “Qrant haqqında” qanuna dəyişikliyi təsdiqlədi

10-08-2020, 20:23           
Prezident “Qrant haqqında” qanuna dəyişikliyi təsdiqlədi
Prezident İlham Əliyev “Qrant haqqında” qanuna dəyişikliyi təsdiqləyib.



Pravda.az xəbər verir ki, sənədə əsasən, qanunun 4-cü maddəsinə aşağıdakı məzmunda 4-3-cü hissə əlavə edilib:



“4-3. Qeyri-hökumət təşkilatları qrant müqavilələrinin (qərarlarının) “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanunun 24-3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının elektron məlumat sistemi vasitəsilə qeydə alınması üçün müraciət edə bilərlər.”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.