Ümid edirəm ki, kimlərsə çıxıb növbəti “Üsyankar Səfir” şousu yaratmayacaq...

14-08-2020, 00:01           
Ümid edirəm ki, kimlərsə çıxıb növbəti “Üsyankar Səfir” şousu yaratmayacaq...
Eldar Həsənov siyasi ambisiyaları olan “klan” oyunçusu olub, maraqlı və qaranlıq bağlantıları olması ehtimalı çox yüksəkdir.
Onun korrupsiyaya görə həbs edilməsi inandırıcı deyil, zatən ölkədə az-çox səlahiyyəti, vəzifəsi olan kimi tərpətsən altından 100 korrupsiya “skileti” çıxacaq, deməli məsələ başqadır.
Teref.az xəbər verir ki, politoloq Natiq Cəfərli öz replikasını belə başlayıb. Natiq Cəfərli daha sonra yazır:
Bu həbsə son həftələr ölkədə baş verən proseslərin tərkib hissəsi kimi baxmaqda yarar var – hətta Ramiz Mehdiyevin məşhur məqaləsi, yazısında klassik müxalifətin bir qanadını müdafiə etməsi də ümumi geniş şəklin tərkib hissəsinə oxşayır.
Görək, maraqlı proseslər ola bilər, ümid edirəm ki, müxalif kəsim, cəmiyyətin düşünən üzvləri olub-bitəni ciddi analiz edəcək, kimlərsə çıxıb növbəti “Üsyankar Səfir” şousu yaratmayacaq...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.