İrrasional faşist ideyaları ilə xəstə olan erməni hərbi-siyasi rəhbərliyi.....

23-10-2020, 00:08           
İrrasional faşist ideyaları ilə xəstə olan erməni hərbi-siyasi rəhbərliyi.....
Dövlət başçısı İlham Əliyevin zərgər dəqiqliyi ilə yürütdüyü dünya miqyaslı uğurlu xarici siyasət strategiyası, əvvəlki illərdən fərqli, Azərbaycanın hərbi əməliyatları aparmaqda zaman məhdudiyəti amilini aradan qaldırmışdı.
Bununla, Azərbaycanın başlatdığı hərbi əməliyatları siyasi-diplomatik yollarla dayandıra bilməyən Ermənistanın baş strateji hesabı boşa çıxmış, məğlubiyəti labüdləşmişdir. Ermənistanın hazırki çabaları “uduzulmuş partiyanın oynanılmasıdır”. Təəsüf ki(bəlkə yaxşı ki), irrasional faşist ideyaları ilə xəstə olan erməni hərbi-siyasi rəhbərliyi, qeyri-adekvatdır, hərbi məğlubiyətin qaçılmazlığını artıq tam anlasa da, danışıqlar masasına gəlmir, “son erməniyə qədər” döyüşməyi tərcih edir.
Teref.az yazır ki, polkovnik-leytenant Nazim Bayram öz fikirlərini bizimlə bölüşüb. Nazim Bayram yazır:
Lakin bilavasitə döyüş meydanında Silahlı Qüvvələrimizin massiv, yüksəkdəqiqli, effektiv zərbələri altında düşmən qüvvələri hərbi-texniki və mənəvi-psixoloji cəhətdən dərindən sarsıdılıb, mütəşəkkil müqavimət və döyüş qabiliyətini hər yeni günlə itirməkdədir.
Azərbaycan ordusu strateji hücum təşəbbüsünə tamamilə sahibdir və əməliyat baxımından düşmənə iradəsini diktə edir. Qarşı tərəf yalnız reflektor müdafiə olunur, faktiki isə döyüş meydanını pərakəndə şəkildə tərk edərək, qaçır.
Erməni rəsmiləri “bəzi cəbhə istiqamətlərində geriçəkilmələri” etiraf etsələr də, mənzərəni izləyən istənilən hərbi müşahidəçi üçün aydındır ki, bu, “geriçəkilmə” manevri yox, texnikanı, silah-sursatı atıb, canlarını qurtarmaq üçün döyüş meydanından tez-tələsik qaçışdır.
Əməliyat baxımından hazırki hücum əməliyatlarımızın istiqamətləri birinci müharibədəkindən ciddi fərqlənir. Bunun bir səbəbi birinci müharibədən fərqlənən cəbhə konfiqurasiyasıdırsa, digər(əsas) səbəb, əməliyat planının optimal qurulmasıdır. Mahiyəti ondan ibarətdir ki, düşmənin illərlə möhkəmləndirdiyi müdafiə-istehkam xətti bütün cəbhə boyunca deyil, bir neçə əsas istiqamətdə yarıldıqdan sonra, qoşunlarımız Dağlıq Qarabağın dərinliklərinə düşmənin cinahlarından və arxasından nüfuz edir. Bununla düşmən, hazır olmadığı, müdafiə istehkamları qurmadığı istiqamətlərdən hücum olunur, müdafiə rayonlarında(inzibati rayonlarla səhv salınmasın) lokallaşdırılır, arxası və qonşuları ilə əlaqələri tam ya qismən kəsilir, vahid müdafiə sistemi parçalanır, əməliyat mühasirəsinə salınır(ya bu təhlükə ilə üzləşəcəyindən), tutduğu mövqeləri tərk edir.
Yuxarıda qeyd etdiyim kimi, hərbi əməliyatların aparılmasında vaxt məhdudiyəti amili qaldırıldığından, Silahlı Qüvvələrimiz qabaqçıl müharibə vasitələri ilə düşmən qüvvələrini maksimum kontaktsız, sistematik və metodik şəkildə məhv etməklə, az itkilərlə irəliləyir, ancaq hücum tempini yüksək olaraq, saxlayır.
Hazırda düşmənin heç bir istiqamətdə əks-hücum cəhdlərinin perspektivi yoxdur. Belə cəhdlər ona heçnə vermir, əksinə, açıq əməliyat məkanına çıxmaqla, məhv olunması şanslarını artırır.
Cəmiyətimizin tam qələbə xəbərini, digər rayonlarımızın işğaldan azad olunması xəbərini gözləməkdə səbirsizliyi anlaşılandır. Ancaq az itki vermək üçün hərbi əməliyatlarımız tələskənliksiz aparılır. Buna görə, cəmiyət də tələsməsin, 30 il gözlədiyimizi, bir neçə gün də səbrlə gözləyək. Ən əsası odur ki, ordumuzun qarşısıalınmaz hərəkəti davam edir və torpaqlarımızın azad olunması artıq zaman məsələsidir!
Allah qəhraman millətimizi, şanlı ordumuzu, Ali Baş Komandanımızı və haqq işimizdə bizə arxa və dəstək olan Türkiyəmızı, qardaş Pakistanı, bütün dostlarımızı qorusun, bizə tezliklə böyük zəfər nəsib eləsin.
Bu qələbəmizlə birinci müharibədən bu yana verdiyimiz bütün Şəhidlərimizin və günahsız qurbanlarımızın qanı alınacaq, Vətən bütövlüyü ilə ruhları şad olacaq.
Azərbaycan əsgərinə eşq olsun!
Nazim Bayram
hərbi ekspert












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.