Əsəd rejiminin məhbuslara dəhşətli işgəncələri

12-05-2019, 08:27           
Əsəd rejiminin məhbuslara dəhşətli işgəncələri
“Nyu York Tayms” qəzeti 8 ildir vətəndaş müharibəsinin davam etdiyi Suriyada Əsəd rejiminin gizli həbsxanalarındakı məhbusların müxtəlif işgəncələrə məruz qaldığını yazıb.

Axar.az xəbər verir ki, qəzet rejimin gizli həbsxanalarında saxlanılan insanlar və onların qohumlarından reportaj hazırlayıb. Reportajda məhkumların ayaq dırnaqlarının çıxarıldığı, bəzilərinin üzərinə benzin tökülərək yandırıldığı, təcavüzə uğradıqları, elektrik şoku verildiyi bildirilib.

Rejimə qarşı etiraz edərkən saxlanılan Muhannad Qabbaş adlı tələbə biləklərindən asıldığını, ağızlarına silah tutulduğunu, soyuq su ilə işgəncəyə məruz qaldığını, özünün və digər məhbusların it kimi hürməyə və eşşək kimi anqırmağa, zorla ifadə verməyə məcbur edildiyini və s. işgəncələr gördüklərini deyib.

Sözügedən materialda Suriya İnsan Hüquqlarının rəsmi məlumatına istinadla rejimin gizli həbsxanalarında 128 min nəfərin itkin düşdüyünə, bu şəxslərin ölmüş ola biləcəyinə, təxminən 14 min nəfərin işgəncə nəticəsində öldüyünə diqqət çəkilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.