İmperatorun Qızıl evində gizli otaq tapıldı

15-05-2019, 08:42           
İmperatorun Qızıl evində gizli otaq tapıldı
Qədim Roma imperatoru Neronun sarayında gizli keçid tapılıb. Cebhe.info xəbər verir ki, arxeoloqlar Qızıl ev kimi tanınan sarayda aparılan restavrasiya işləri zamanı freskalarla bəzədilmiş otaş aşkar edib. Otaqda real canılılar və mifik varlıqların təsvirləri asılıb.

“Science Alert"in yazdığına görə, otağın böyük hissəsi örtülü olub. Ancaq mütəxəssislər çirkab altında qalan hissəni təmizləməyə hələlik cəsarət etmir. Səbəb isə binanın qədimliyinə xələl gətirmək ehtimalıdır.

Otaq Sfinksin şəfərinə “Müqəddəs” adlandırılıb.

Qızıl ev Romada saray kompleksidir. Onu bizim eradan əvvəl 64-cü ildə tikiblər. Ancaq dağıdıcı yanğndan sonra şəhərin böyük hissəsi ciddi ziyan görüb. Neronun ölümündən, yəni bizim eranın 68-ci ilindən sonra saray baxımsız qalıb. Binanın əsas hissəsində 300 otaq olub. Onun ümumi sahəsi min kv km-dən artıqdır.

Neron Romada bizim eranın 54-cü ilindən 68-ci ilinə qədər imperator olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.