Taleh Heydərovun vətəndaşlıq məsələsi yalan çıxdı - MÖVQE

2-07-2019, 16:08           
Taleh Heydərovun vətəndaşlıq məsələsi yalan çıxdı - MÖVQE
Hörmətli media nümayəndələri,

Son günlər bir neçə xəbər saytlarında yayılan yazılarda cənab Tale Heydərovun Britaniya vətəndaşlığının alınması iddia olunur. Məsələ ilə əlaqədar bildiririk ki, yayılan məlumatlar iftira olaraq, həqiqətə uyğun deyildir. Tale Heydərov Azərbaycan Respublikasının vətəndaşlığından çıxmayıb və digər xarici dövlətin vətəndaşlığını qəbul etməyib.

Uzun illərdir ki, Azərbaycanın Britaniya və Avropa ölkələri ilə ictimai, mədəni, işgüzar əlaqələrinin gücləndirilməsi işinə dəstək verən cənab Heydərov, həmçinin ölkənin sosial-iqtisadi inkişafına, cəmiyyətimizin maarifləndirilməsinə töhfə verən bir sıra yerli və beynəlxalq layihələrin təsisçisi və rəhbəridir. Fəaliyyəti ilə əlaqədar olaraq, o, vaxtaşırı işgüzar səfərlərdə olmaqdadır.

Qeyd olunanlarla əlaqədar, cənab Tale Heydərovun şəxsi və işgüzar nüfuzuna xələl gətirəcək böhtan xarakterli, təsdiq olunmamış məlumatların yayılmasına yol verməməyiniz və təkzib məktubunu yerləşdirməyiniz xahiş olunur.

Hörmətlə,

Marketinq və Kommunikasiyalar Şöbəsi












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.