Yol polisləri ağır qəza törətdi: Yaralılar var – Video

15-09-2019, 17:26           
Yol polisləri ağır qəza törətdi: Yaralılar var – Video
Bu gün səhər 7:00 radələrində yol polisləri ağır qəza törədiblər.
Teref.az BakuPost-a istinadən xəbər verir ki, 99 YP 468 nömrə nişanlı avtomobillə qəzaya düşən polislər Bakı Şəhər Yol Polisi İdarəsinin gecə növbəsinin əməkdaşları olub.

Yayılan videodan görünür ki, onların vəziyyətləri ağır olub.

Hadisə Binəqədi rayonu ərazisində, Azadlıq prospektində baş verib.

Qəza barədə Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev BakuPost-a bildirib ki, faktla Bağlı Binqədi RPİ-də araşdırma başlanılıb, hadisənin təfərrüatları öyrənilir:

“Hadisə ehtiyatsızlıqdan baş verib. Xəsarət alan əməkdaşlarımız DİN-in Hospitalana yerləşdirilib, vəziyyətləri qənaətbəxşdir”.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.