Taylandda silahlı hücum: 15 nəfər ölüb 6-11-2019, 07:20 Ən azı 15 nəfər Taylandın Yala vilayətindəki nəzarət məntəqəsinə silahlı hücumun qurbanı olub.Trend-in məlumatına görə, bu barədə "Reuters" agentliyi yerli təhlükəsizlik qüvvələrinə istinadən bildirib.Məlumata əsasən, daha iki nəfər xəsarət alıb.Hüquq mühafizə orqanları hücumun yerli separatçılar tərəfindən edildiyini düşünür. Facebook-da paylaş