Bakıda məşhur məmur vəfat etdi - FOTO 16-12-2019, 11:17 Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin rəisi Cavanşir Tağıyev vəfat edib. Modern.az-ın məlumatına görə, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, C.Tağıyev uzun illərdir ki, sözügedən trestin rəisi vəzifəsində çalışırdı. O, Bakıda qəbiristanlıqlara cavabdeh şəxs idi. Facebook-da paylaş