Erməni avtomatla hədələdi, azərbaycanlının “Range Rover Evoque” avtomobilini qaçırdı...

16-01-2020, 12:50           
Erməni avtomatla hədələdi, azərbaycanlının “Range Rover Evoque” avtomobilini qaçırdı...
Erməni avtomatla hədələdi, azərbaycanlının “Range Rover Evoque” avtomobilini qaçırdı...
Rusiyanın Sankt-Peterburq şəhərində avtomatla hədələyərək azərbaycanlının “Range Rover Evoque” avtomobilini qaçırıblar. Virtualaz.org Rusiya KİV-lərinə istinadən xəbər verir ki, avtomobil yanvarın 15-də gündüz saatlarında metronun “Yelizarovskaya” stansiyasının qarşısında qaçırılıb. Avtomobilin sahibi, 41 yaşlı Azərbaycan vətəndaşı ticarət mərkəzinə baş çəkib, bu zaman onun tanışı sərnişin oturacağında gözləyirdi. Avtomobilə yaxınlaşan iki nəfər sərnişini avtomatla hədələyərək düşürüblər və nəqliyyat vasitəsini qaçırıblar. Hüquq-mühafizə orqanları təcili olaraq avtomobilin tapılması üçün əməliyyat başladıb.

Axtarışlar nəticə verib və yanvarın 16-da gecə saatlarında “Range Rover Evoque” Leninqrad vilayətinin Lomonosov rayonunda, Laqolovo kəndində tapılıb. Maraqlıdır ki, avtomobilin sahibi də həmin rayonda qeydiyyatdadır.

Avtomobil aşkarlanarkən içərisində heç kim olmayıb, amma iki saat sonra nəqliyyat vasitəsini qaçıran iki nəfər də saxlanılıb. Onlar həmin kənddə yaşayan 42 yaşlı İnquşetiya sakini və onunla eyni yaşda olan Ermənistan vətəndaşıdır. Daha bir nəfər isə axtarılır, o qaçırılmış avtomobili “Audi Q7” avtomobili ilə təqib edirmiş.

Avtomobili qaçırılan azərbaycanlıya gəldikdə isə o, rəsmən heç yanda işləmir, Rusiyada yaşamaq icazəsi var, Lomonosov rayonunun Novoselye kəndində qeydiyyatdadır. 2012-ci il istehsalı olan “Range Rover Evoque” isə onun tibb mərkəzlərindən birində işləyən arvadının adına kreditə alınıb.

Polislər həmin avtomobili axtaranda Orovo kəndinin yaxınlığında, meşədə eyni markadan olan və bir neçə gün əvvəl itmiş daha bir avtomobili aşkar ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.