Alimlər əqrəb zəhərindən xərçəngə qarşı güclü dərman hazırladı...

7-07-2020, 19:24           
Alimlər əqrəb zəhərindən xərçəngə qarşı güclü dərman hazırladı...
Belçika və Rusiyadan olan bir qrup alim xərçəng şişlərinə və otoimmun xəstəliklərə qarşı əqrəb zəhərinə əsaslanan xüsusi bir dərman hazırlayıb.

Dərmanın əsasının rəngbərəng “Mesobuthus eupeusun” əqrəbinin zəhəri olduğu qeyd edilib.

Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, bu barədə "Frontiers in Pharmacology” yazır.

Əqrəb zəhərinə əsaslanan dərman immun hüceyrələrin bədəndəki sağlam hüceyrələrə hücumunun qarşısını ala bilər. Molekulyar dizayn metodundan istifadə edərək mütəxəssislər əqrəb zəhərinin tərkib hissəsini süni şəkildə dəyişdirməyə müvəffəq olublar. Nəticədə o, otoimmun xəstəliklərin və xərçəngin inkişafı üçün cavabdeh olan kalium kanallarını bloklamağa başlayır.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.