Daxili işlər orqanlarında kadr təyinatları olub - Ramil Usubov əmr verdi

15-04-2015, 12:38           
Daxili işlər orqanlarında kadr təyinatları olub - Ramil Usubov əmr verdi
teref.az report-a istinadən xəbər verir ki, müvafiq əmrlərə əsasən, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) İstintaq Şöbəsinin (İŞ) 4 müstəntiqinin yeri dəyişdirilib.

Belə ki, idarənin baş müstəntiqi, polis mayoru Rəhman Kərimov, müstəntiqlər - polis kapitanları Anar Məmmədov və Rüfət Allazov Xətai RPİ-nin İstintaq Şöbəsinə müstəntiq təyin olunub.

Sabunçu RPİ-nin İstintaq Şöbəsinin digər müstəntiqi Anar Miralayev isə Səbail RPİ-nin müvafiq şöbəsinə müstəntiq təyin edilib.

Xatırladaq ki, bir neçə ay əvvəl Sabunçu RPİ-nin İstintaq Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Vüqar Əhədov Xətai RPİ İŞ-ə rəis təyin edilmişdi.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.