Marselo qərarını verdi – gedir

5-07-2019, 13:11           
Marselo qərarını verdi – gedir
Marselo şərəfini qoruduğu “Real”dan ayrılmağa qərar verib.

Qol.az-ın “AS”a istinadən yaydığı xəbərə görə, braziliyalı müdafiəçi bu qərarını rəhbərliyə bildirib. Marselo başqa kluba transferi üçün ona problem yaradılmamasını istəyib.

Xəbərdə 31 yaşlı oyunçu ilə “Arsenal”, “Yuventus”, PSJ və “Milan”ın maraqlandığı iddia olunub.

Qeyd edək ki, Marselonun “Real”la müqaviləsi 2022-ci ilin yayında başa çatır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.