“Qarabağ”ın Çempionlar Liqası üçün heyəti açıqlanıb – SİYAHI

5-07-2019, 18:01           
“Qarabağ”ın Çempionlar Liqası üçün heyəti açıqlanıb – SİYAHI
“Qarabağ” Çempionlar Liqasının I təsnifat mərhələsində Albaniya təmsilçisi “Partizani” ilə oyunlar üçün sifariş vərəqini UEFA-ya göndərib.

APA-nın klubun rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi xəbərə görə, sifariş vərəqində 22 futbolçunun adı var.

“Qarabağ”ın “Partizani” ilə oyunlar üçün heyəti aşağıdakı kimidir:

Qapıçılar: Şahruddin Məmmədəliyev, Vaqner Da Silva, Nicat Mehbalıyev.



Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medvedev, Rəşad Sadıqov, Hüseyn Abbasov, Bədavi Hüseynov, Donald Gerrye.



Yarımmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abullah Zubir, İsmayıl İbrahimli, Flip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı.



Hücümçu: Mahir Emreli.

Qeyd edək ki, “Partizani” ilə ilk oyun iyulun 10-u Tiranada, cavab oyunu isə iyulun 17-si Bakıda olacaq.

Səlcuq Elçin












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.