"Real" bu oyunçuları satışa çıxardı

16-07-2019, 07:28           
"Real" bu oyunçuları satışa çıxardı
Bu yay Eden Hazard, Luka Yoviç, Ferland Mendi, Rodriqo, Eder Militaonu heyətinə cəlb edən "Real" maliyyə feyr pley qaydalarına əməl etmək üçün oyunçu satışlarına başlamağa hazırlaşır.

Teleqraf.com xəbər verir ki, bu tranferlərə ümumilikdə 303 milyon avro xərcləyən Madrid klubunun hazırda heyətində 30 futbolçu var. "Real"ın bu rəqəmi avqustun 18-i başlayacaq La Liqanın oyununa qədər 24-ə düşürməyi gözlənilir.

Luka, Teo, Requilon, Llorente, Odeqard, Kovaçiç, De Tomasla yolları ayıran "Kral klubu"nun komandada görmək istəmədiyi digər oyunçuların Keylor Navas, İsko, Qaret Beyl, Xames Rodriqes və Sebalyos olduğu bildirilir. Klubun onları bu yay satmağı planlaşdırdığı vurğulanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.