Azərbaycan Premyer Liqası:"Qarabağ" "Neftçi"yə şans tanımadı

16-09-2019, 00:22           
Azərbaycan Premyer Liqası:"Qarabağ" "Neftçi"yə şans tanımadı
Bu gün Futbol üzrə Azərbaycan Premyer Liqasının IV turunda “Qarabağ” “Neftçi”ni qəbul edib.

Teref.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionda baş tutan oyunda ilk qolu 31-ci dəqiqədə “Qarabağ”lı Mahir Emreli vurub. 69-cu dəqiqədə isə Abdullah Zubir fərqi 2-yə çatdırıb.

Bununla da hesab “Qarabağ”ın xeyrinə 2-0 hesabı ilə başa çatıb.

Bu qələbədən sonra xallarının sayını 12-ə çatdıran “Qarabağ” liderliyini daha da möhkəmləndirib.

“Neftçi” isə 4 xalla 5-ci yerdədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.