Millinin baş məşqçisi başından zədə aldı – Heç nə xatırlamadı

17-11-2019, 12:55           
Millinin baş məşqçisi başından zədə aldı – Heç nə xatırlamadı
Malta millisinin baş məşqçisi Reymond Farrudca dünən İspaniyaya qarşı keçirilən Avro-2020-nin oyununda (0:7) başından zədə alıb.

Unikal.org “The Sun” nəşrinə istinadla yazır ki, 64-cü dəqiqədə onun başı məşqçilərin oturduğu zonada çərçivəyə dəyib. Bu zaman onun başından qan açılıb. Həkimlər dərhal məşqçiyə tibbi kömək göstəriblər.

Görüşdən sonra mütəxəssis bildirib ki, o, oyunun son 20 dəqiqəsində baş verənləri xatırlamır: “Zədə aldıqdan sonra demək olar heç nə yadımda qalmayıb".















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.