Ağırrıqqaldırma üzrə Azərbaycan millisində doppinq biyabırçılığı davam edir- Daha 2 nəfər ilişdi

16-12-2015, 19:55           
Ağırrıqqaldırma üzrə Azərbaycan millisində doppinq biyabırçılığı davam edir-  Daha 2 nəfər ilişdi
Ağırlıqqaldırma üzrə Azərbaycan millisi növbəti dopinq qalmaqalı ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Silviya Angelovanın ardınca daha 2 idmançımız dopinq-testdə “ilişib”.

Belə ki, ABŞ-ın Hyuston şəhərində keçirilən dünya çempionatında 62 kq çəki dərəcəsində bürünc medal qazanan Valentin Xristov növbəti dəfə təhlükə ilə üz-üzə qalib. 2 illik diskvalifikasiya müddəti ilin əvvəlində başa çatan Bolqarıstan əsilli Olimpiya mükafatçımızdan götürülən A nümunəsi müsbət nəticələnib. Bu səbəbdən o, B nümunəsi vermək məcburiyyətində qalıb. Əgər ikinci analiz də müsbət nəticələnərsə, idmançımız podiumdan ömürlük uzaqlaşdırılacaq.

Həmçinin mundialda 6-cı pilləni tutan Elxan Əliquluzadə də dopinqə düşüb. 77 kq çəki dərəcəsində ölkəmizi təmsil edən atletin istifadəsi qadağan olunan preparatdan yararlanması rəsmiləşərsə, o da karyerasını başa vurmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, bu, kişilərdən ibarət yığmamızın komanda hesabında tutduğu yerə də təsir edəcək. Çünki millimizin 2 dünya çempionatının nəticəsinə əsasən 16-cı pilləni tutaraq, Rioya 4 lisenziyanı təmin etməsində Xristovla Əliquluzadənin də böyük rolu olub. Onlar müvafiq olaraq, komandamızın aktivinə 23 və 20 xal əlavə ediblər. Əgər B probu müsbət nəticə verərsə, bu xallar yığmamızın hesabından silinəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.