“Fənərbaxça” Türkiyə kubokunda finala yüksələ bilməyib

17-06-2020, 00:44           
“Fənərbaxça” Türkiyə kubokunda finala yüksələ bilməyib
Koronavirus pandemiyası üzündən dayandırılan Türkiyə kuboku bərpa olunub.

Apasport.az saytının məlumatına görə, ilk oyunları martda baş tutan yarımfinal mərhələsinin cavab qarşılaşmalarına start verilib.

“Fənərbaxça” öz meydanında “Trabzonspor”u qəbul edib. Üç ay öncə evdə 2:1 hesablı qələbə qazanan qonaqlar səfərdəki erkən qolla hesabı açıb.

İstanbul klubu matçdakı tarazlığı ilk yarıda bərpa etsə də, fasilədən sonra daha iki top buraxaraq məğlubiyyətlə üzləşib. Bununla da 7 ildən sonra finala yüksələn trabzonlular tarixində 15-ci dəfə həlledici görüşə vəsiqə qazanıb.

Qeyd edək ki, sabah “Alanyaspor” – “Antalyaspor” matçı baş tutacaq. Səfərdə 1:0 hesabı ilə qalib gələn alanyalılar üstünlüyünü qorumağa çalışacaq.

Türkiyə kuboku
Yarımfinal, cavab oyunu
16 iyun
“Fənərbaxça” – “Trabzonspor” – 1:3
Turuc, 42 – Sorlot, 6, 83, Novak, 90+4
İlk oyun – 1:2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.