20 metrdən suya atılan idmançı boğuldu - Canlı yayım vaxtı

10-08-2016, 22:15           

Bosniya və Herseqovinada 34 yaşlı sloveniyalı peşəkar idmançı canlı yayımlanan yarışda suya tullandıqdan sonra ölüb.

Qaynarinfo.Az xəbər verir ki, Andrey Beyuts adlı idmançı hündürlüyü 20 metr olan körpüdən suya atılıb. O, bir anlıq sudan çıxıb və bu zaman tamaşaçılar onu alqışlamağa başlayıblar. Elə bu zaman idmançı yenidən suya qərq olub. Sudan çıxarılan Beyutsun həyatını xilas etmək mümkün olmayıb.

Onun ölümünün səbəbi hələlik məlum deyil.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.