Ulduz futbolçu "Beşiktaş"da - RƏSMİ

5-07-2017, 08:55           

"Real"ın sabiq futbolçusu, dünya şöhrətli müdafiəçi Pepe “Beşiktaş”a transfer olunub.
Publika.az xəbər verir ki, “qara qartallar” portuqaliyalı oyunçu ilə rəsmi müqaviləyə imza atıblar.
Komandaya azad agent kimi qoşulan Avropa çempionatının son qalibi ilə 2 illik müqavilə imzalanıb.
Oyunçuya imza pulu olaraq 3 milyon avro ödənəcək. Ulduz müdafiəçinin iki illik maaşı isə 3 milyon 350 min avro olacaq. Əgər Pepe bir mövsümdə 35 oyunda meydana çıxsa, əlavə 350 min, “Beşiktaş”ın çempion olması təqdirində isə əlavə 250 min avro daha qazanacaq.
“Real”dan ayrıldıqdan sonra bir çox klubların hədəfində olan Pepenin PSJ-nin təklifindən imtina etməsi diqqət çəkib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.