Almaniyanın ən yaxşı futbolçusu məlum olub

24-07-2017, 08:10           
Almaniyanın ən yaxşı futbolçusu məlum olub
Almaniyada ötən mövsümün ən yaxşıları bəlli olub.

Apasport.az saytının məlumatına görə, “Bavariya”nın heyətində ötən mövsüm karyerasını başa vuran Filipp Lam Almaniyada ilin ən yaxşı futbolçusu adına layiq görülüb.

“Kicker” nəşrində 885 idman jurnalisti arasında keçirilən sorğuda sabiq futbolçu 242 səs toplamaqla hamını qabaqlayıb.

Anketdə 192 səslə “Real”dan Toni Kroos 2-ci, 120 səs yığan “Borussiya”nın qabonlu forvardı Pyer-Emerik Obameyanq isə 3-cü olub.

İlin ən yaxşı baş məşqçisi "Hoffenhaym"ın 30 yaşlı çalışdırıcısı Yulian Naqelsman seçilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.