"Yuventus" "Torino"nu məğlub edərək İtaliya Kubokunun yarımfinalına çıxıb

4-01-2018, 09:07           
"Yuventus" "Torino"nu məğlub edərək İtaliya Kubokunun yarımfinalına çıxıb
"Yuventus" Turin derbisində "Torino" üzərində qələbə qazanaraq futbol üzrə İtaliya Kubokunun yarımfinal mərhələsinə adlayıb.

“Report” xəbər verir ki, görüş 2:0 hesabı ilə başa çatıb.

"Qoca sinyora"nın heyətində Duqlas Kosta (15-ci dəqiqə) və Mario Mancukiç (67-ci dəqiqə) fərqlənib.

"Yuventus" yarımfinalda "Atalanta"ya qarşı oynayacaq.

Bundan əvvəl "Atalanta" "Napoli"ni məğlub edərək İtaliya Kubokunun ½ final mərhələsinə vəsiqə qazanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.