"Sevilya" İspaniya Kubokunun yarımfinalına vəsiqə qazanıb

24-01-2018, 09:14           
"Sevilya" İspaniya Kubokunun yarımfinalına vəsiqə qazanıb
"Sevilya" ¼ finalda "Atletiko Madrid"i mübarizədən kənarlaşdıraraq futbol üzrə İspaniya Kubokunun ilk yarımfinalçısı olub.

“Report” xəbər verir ki, ¼ final mərhələsinin cavab qarşılaşması Sevilyadakı "Ramon Sançes Pisxuan" stadionunda keçirilib və ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

"Sevilya" iki oyunun cəminə görə, "Atletiko" üzərində 5:3 hesablı inamlı qələbə qazanıb və yarımfinala çıxıb.

İspaniya Kuboku. 1/4 final. 2-ci matçı

"Sevilya" – "Atletiko M" - 3:1

Qollar: 1:0 – Eskudero – 1, 1:1 – Qrizmann – 13, 2:1 – Baneqa – 48 (pen), 3:1 – Sarabiya – 79.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.