Sürüşmənin miqyası genişlənir - Nazirlik açıqladı

16-10-2018, 09:43           
Sürüşmənin miqyası genişlənir - Nazirlik açıqladı
Sürüşmə zonasında bu gün saat 09:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik gecə boyu davam edib, hazırda da davam etməkdədir.

Axar.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qərərgahının nümayəndəsi Əziz Qaralov məlumat verib. O bildirib ki, müşahidələr gecə boyunca da davam etdirilib.

"Sürüşmə zonasının üzərində yerləşən əvvəlcədən hasarı gibs mayak edilmiş hasarın dünəndən başlayaraq sürüşməsi başlayıb. Dünən dağılan hasarın qalan hissəsi gecə saatlarında uçub.

Hasarın qalan hissəsi də uçaraq tamamilə aşağıya gəlib.

İçəridəki tikilinin alt süxurlarında boşalmalar qeydə alınıb. Hasar ətrafı ərazilərdə sürüşmənin miqyası genişlənməkdədir. Yaxın saatlarda həmin ərazidə sürüşmə prosesinin baş verməsi gözlənilir" - Ə.Qaralov bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.