Elmar Vəliyevi ölümdən qurtaran POLİS DANIŞDI - "...güllə gözümü ciddi zədələyib"

16-10-2018, 12:10           
Elmar Vəliyevi ölümdən qurtaran POLİS DANIŞDI - "...güllə gözümü ciddi zədələyib"
"Daxili orqanlarımdakı fəsadlar aradan qalxdı. Ciddi müalicə dövrü keçdim. Sağlığımda əsas problem sol gözümün görmə qabiliyyətinin ciddi itməsidir. Bunun üçün isə həkimlər əməliyyatın tez olduğunu deyir. Ümumilikdə durumum yaxşıdır”.



Dia.az xəbər verir ki, bu sözləri Gununsesi.org-a açıqlamasında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı təşkil olunan sui-qəsd zamanı ağır yaralanan polis əməkdaşı Qasım Aşbazov söyləyib.

O, gözünün müalicəsi üçün bu günlərdə Rusiya paytaxtı Moskvada olduğunu deyib: "Üç gün əvvəl Moskvada məhşur akademik Federov adına institutda müayinə olundum. Sol gözümdə görmə qabiliyyəti çox azdır. Çünki güllə gözümü ciddi zədələyib. Həkimlər bildirdi ki, pessimist olmağa dəyməz. Bir neçə ay sonra əməliyyat olacağam. Ümid edirəm ki, hər şey yaxşı olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.