Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı

18-11-2018, 11:53           
Azərbaycanlı miqrant Almaniyada azərbaycanlıları bıçaqladı
Almaniyanın Türingiya federal torpağının Qota şəhərində 53 yaşlı azərbaycanlı miqrant qadını ağır yaralayıb.

Virtualaz.org “TAG-24” agentliyinə istinadən xəbər verir ki, cinayətkar iki həmyerlisini – 43 yaşlı kişini və 35 yaşlı qadını restorana şam yeməyinə dəvət edib. Masa arxasında onlar arasında münaqişə baş verib və mübahisə qonaqlar restoranı tərk etdikdən sonra da davam edib.

Bundan sonra cinayətkar qonaqlarını tək qoyub və bir müddət sonra əlində blçaqla hadisə yerinə qayıdıb. O, Koburq meydanında qadını bıçaqlayıb və rəfiqəsini müdafiə etməyə çalışan kişini əlindən yaralayıb.

Azırbaycanlı qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb, indi onun həyatı təhlükə altında deyil.

Türingiya polisi cinayıtkarı saxlayıb. Nə onun özünün, nə də qurbanlarının adları açıqlanmır. Hazırda fakt üzrə araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.