"WhatsApp"dan inanılmaz səhv – Mesajlar yad əllərə ötürülür

15-01-2019, 07:50           
"WhatsApp"dan inanılmaz səhv – Mesajlar yad əllərə ötürülür
"WhatsApp"ın böyük bir səhvə yol verdiyi iddia edilir

"WhatsApp" istifadəçilərin mesajını başqa şəxslərə yönləndirib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, xəta nəticəsində mesencer mesajların bir qismi səhv yönləndirilib. Yaranan xəta barədə xəbər isə "Amazon" şirkətinin işçisinin paylaşımı ilə gündəmə gəlib.

Abby Fuller adlı işçi iddia edir ki, telefon nömrəsini dəyişdirən şəxsin "WhatsApp" mesajları həmin nömrənin yeni sahibinə yönləndirilib. O, iddia edir ki, nömrənin yeni sahibi öncəki sahibinə aid olan mesajları rahatlıqla əldə edə bilər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.