Texasda atışma olub, ölən və yaralanan var

18-01-2019, 07:33           
Texasda atışma olub, ölən və yaralanan var
ABŞ-da atışma olub.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hadisə Texas ştatında, Hyustonda, kilsənin yaxınlığındakı dayanacaqda qeydə alınıb.

Ştatın polis əməkdaşlarından birinin verdiyi məlumata görə, atışma zamanı 1 qadın öldürülüb. Qeyd edilir ki, hadisə nəticəsində həmçinin daha 1 qadın da xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir.

Hadisənin təfərrüatları açıqlanmır.

Daha əvvəl də Texas ştatında naməlum şəxs içərisində qadın və dörd qızının olduğu avtomobilə atəş açıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.